"NATO qüvvələri Rusiya sərhədlərinə yaxın nöqtələrdə uçuşlar və təlimlər həyata keçirir. Rusiya Federasiyası son vaxtlar Qara dənizdə olduğu kimi sərhədlərimizin 20 kilometrliyində strateji silahlar daşıyan təyyarələrin plansız uçuşlarından və sərhədlərimiz yaxınlığında genişmiqyaslı həyata keçirilən təlimlərdən narahatdır"
“Sherg.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib. O qeyd edib:
"İlin əvvəlindən təhdid ssenariləri müzakirə olunur.
Ancaq gördüyünüz kimi, belə bir şey olmayıb. Məsələ qoşun göndərmək, döyüşmək və ya döyüşməmək deyil.
Bu, bütün beynəlxalq tərəflərin təhlükəsizlik məkanıdır. Hər kəs buna görə səy göstərsə, heç kim üçün təhlükə olmayacaq”.