KTMT ölkələrinin liderləri bütün gecə Qazaxıstana sülhməramlıların
yeridilməsi ilə bağlı danışıqlar aparıblar. "Sherg.az"ın məlumatına görə, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb.
Belarus prezidenti Aleksandr Lukaşenko ümumi razılıq əldə olunduğunu bildirib.
Qeyd edək ki, KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan,
Rusiya və Tacikistan daxildir.