Arman Tatoyan daha aranı qarışdıra bilməyəcək

Nəhayət, Nikol öz namizədini bu posta gətirməklə ondan xilas oldu

“Ermənistanda hakim “Mülki müqavilə” fraksiyasının namizədi, ədliyyə nazirinin müavini Kristine Qriqoryan yeni ombudsman seçilib”. Bu barədə “Şərq”ə siyasi şərhçi Asif Nərimanlı deyib. Ekspert bildirib ki, 2016-cı ildən ombudsman kimi fəaliyyət göstərən Arman Tatoyan bu postla sağollaşıb: “Arman Tatoyan müharibədən sonra Azərbaycana qarşı qondarma ittihamları ilə məşhurlaşmışdı. Mütəmadi olaraq sərhəd bölgəsində Azərbaycan Ordusunun “hücumları” ilə bağlı iddialar irəli sürürdü. Hətta Ermənistan Müdafiə Nazirliyi bir neçə dəfə ombudsmanın iddialarını təkzib etməyə məcbur olurdu. Ermənistanda İrəvan-Bakı, İrəvan-Ankara münasibətlərinin mümkün normallaşmasına qarşı ən çox təbliğat aparanlardan olan Arman Tatoyan Paşinyan hakimiyyəti üçün də “başağrısı”na çevrilmişdi. Nəhayət, Nikol öz namizədini bu posta gətirməklə ondan xilas oldu”.