“Rusiya nəzarət etdiyi ölkələrdə daha da aktivləşə bilər”

“Rusiya ilə Ukrayna arasında uzunmüddətli və irimiqyaslı hərbi əməliyyatların olacağını güman etmirəm”.
Bu barədə “Sherg.az”a siyasi şərhçi Azər Rəşidoğlu bildirib. O baş verənləri sadəcə soyuq müharibənin elementləri adlandırıb:
“Rusiya NATO-nun Şərqə doğru genişlənməsini istəmir. NATO-nun Ukraynanı üzv etmək cəhdləri rəsmi Moskvanı qıcıqlandırır. Durumun qarşısını almaq üçün qabaqlayıcı addımlar atır. Rusiya nəzarət etdiyi ölkələrdə daha da aktivləşə bilər. Hər hansı hərbi müdaxilə ehtimalını yüksək qiymətləndirmirəm. Hər şey Amerikanın qəti mövqeyindən asılı olacaq. Avropa aləti də birmənalı mövqe sərgiləmir. Digər tərəfdən qış aylarında müharibə aparmağın çətin olduğunu nəzərə almaq lazımdır".