İran XİN başçısı: “ABŞ-a heç vaxt güvənmək olmaz”

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ABŞ-a heç vaxt etibar edilməyəcəyini bildirib. “Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Abdullahiyan bu sözləri öz sosial media hesablarında paylaşıb.
O, bildirib: “Tarix, təcrübə və ABŞ siyasətçilərinin hərəkətləri göstərdi ki, bu ölkəyə heç vaxt etimad olmayacaq”
Abdullahiyan nüvə danışıqlarının davam etdiyi Avstriyanın paytaxtı Vyanada konkret addımların atılmasını istədiklərini söyləyib:"Sanksiyaların ləğvi nöqtəsində İranın milli maraqları tam şəkildə nəzərə alınmalıdır. Danışıqlar masasında  konkret qərarlar veriliməlidir”.

Çimnaz Şahlar