BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclası yanvarın 31-nə təyin edilib

BMT Təhlükəsizlik Şurası yanvarın 31-də Ukrayna ətrafında vəziyyətlə bağlı iclas keçirəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Təhlükəsizlik Şurasının sədri, Norveçin Ümumdünya Təşkilatındakı daimi nümayəndəsi Mona Juul jurnalistlərə təsdiqləyib.
"Görüş ABŞ-ın tələbi ilə keçiriləcək", - o deyib.