Blinken və Lavrov  gələn həftə yeni danışıqlar aparacaqlar

ABŞ dövlət katibi Entoni Blinken və Rusiya xarici işlər naziri Sergey Lavrov gələn həftə yeni danışıqlar aparacaqlar.

Axar.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland bildirib.

“Biz rusların təhlükəsizlik məsələləri ilə bağlı danışıqlara maraqlı olduğunun bəzi əlamətlərini, o cümlədən dövlət katibi Blinkenin və xarici işlər naziri Lavrovun yaxın həftə ərzində danışa biləcəyini görürük”,-deyə o, bildirib.