Avropa Komissiyasının komissarı Azərbaycana gəlir – SƏBƏB


Bu həftə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson Azərbaycana səfər edəcək.


Oxu.Az-ın məlumatına əsasən, Kadri Simsonun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 4-də Azərbaycanda keçiriləcək Cənub Qaz Dəhlizinin nazirlər səviyyəsində iclasında iştirak edəcək.

Qeyd edək ki, Avropa İttifaqı Avropaya qaz tədarükünün artırılması potensialı barədə Azərbaycanla danışıqlar aparır.