Fransa XİN başçısı Rumıniyada NATO missiyasının yaradılmasını müzakirə edəcək


Fevralın 2-3-də Buxarestdə səfərdə olacaq Fransa xarici işlər naziri Jan-İv Le Drian Rumıniyada NATO missiyasının yaradılması ehtimalını müzakirə edəcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fransa XİN başçısı məlumat verib.

“Fransa Prezidenti NATO-nun yeni təhlükəsizlik tədbirləri çərçivəsində öz töhfəsini verməyə hazır olduğunu bəyan edib. Biz bunu Şimali Atlantika Alyansından olan həmkarlarımız və Rumıniya hakimiyyəti ilə müzakirə edəcəyik”, - o bildirib.

Xatırladaq ki, daha əvvəl Fransanın müdafiə naziri Florans Parli NATO-nun müvafiq qərarı olacağı təqdirdə Ukrayna ilə həmsərhəd olan Rumıniyada bir neçə yüz hərbçi yerləşdirə biləcəklərini bəyan edib.