Paşinyan: “Azərbaycan və Ermənistan dəmir yolu kommunikasiyalarının açılmasına yaxındır”

“Azərbaycan ilə dəmiryolu əlaqəsinin yeni operatoru Rusiya Dəmir Yolları olacaq”.
Bu açıqlama ilə bu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı bildirib.
N.Paşinyan əlavə edib ki, Rəsmi İrəvan və Bakı dəmiryolu kommunikasiyalarının açılmasına yaxındır.
“Ermənistan və Azərbaycan Rusiyanın vasitəçiliyi ilə dəmir yolunun tikintisinə və bərpasına başlamağa çox yaxındır.  Demək istərdim ki, biz kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupun işinin ilk nəticəsini əldə etməyə çox yaxınıq. Dünənki görüş Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisinin başlanmasına həsr olunub”, - deyə N.Paşinyan bildirib.

Mənbə: TASS