Belçikalı deputat:“Türk Ağsaqqalları Birliyinin Türk dünyasına pəncərə olacağına heç bir şübhəm yoxdur”

“İnanıram ki, Türk Ağsaqqalları Birliyi  Türk dünyası ilə bağlı akademik, sosial, siyasət, mədəniyyət istiqamətində önəmli addımlar atacaq və layihələr həyata keçiricək. Mənim buna heç bir şübhəm yoxdur. Artıq birlik Türkiyədə, Moldovada uğurlu tədbirlər təşkil edib”.

Bu sözləri  Belçika parlamentinin deputatı Şevket Temiz Azərbaycanda təsis edilən Türk Ağsaqqalları Birliyinin (TAİB) önəmindən danışarkən deyib. 

O bildirib ki, Belçika Parlamentinin deputatı olaraq birliyin həyata keçirəcəyi layihələrdə iştirak etməyə hazırdır: “Mən öz təcrübələrimə dayanaraq nəcib fəaliyyətə töhfələrimi verə bilərəm. Bu yalnız fəaliyyətə öz müsbət təsirini göstərər və məni də çox sevindirər. Türk Ağsaqqalları Birliyi Türk dünyasına bir pəncərə olacağına heç bir şübhəm yoxdur. Birlikdə inkişaf potensialı görürəm. Başda birliyin təsisçisi Ramin Əhmədov olmaqla, bütün üzvləri təbrik edir, müvəffəqiyyət arzulayıram”.