Rusiya qoşunları Ukrayna ərazisinə daxil olarkən sosial şəbəkələrdə Şərqi Donbas və Luqansk vilayətlərindən görüntülər və videolar paylaşılmağa başlayıb. Ancaq Rusiya helikopterlərinin Krıma doğru irəliləməsi və tank diviziyalarının sərhədə doğru hərəkəti ilə bağlı görüntüləri paylaşan hesablar bir müddət sonra “Twitter” tərəfindən dayandırılıb.
“Sherg.az” xəbər verir ki, “Twitter”, Açıq Mənbə Kəşfiyyatı (OSINT) analitiklərinin hesabının dayandırılmasını "səhvən" adlandırıb.
OSINT analitiki Oliver Alexander adlı istifadəçi də "Twitter"də Ukraynadan görüntülər paylaşdıqdan sonra hesabının qısa müddətə dayandırıldığını bildirib. Alexander tvitində dəqiq pozuntu göstərməsə də, “Twitter” qaydalarını pozduğuna görə hesabın bağlandığını söyləyib və mesajın ekran görüntüsünü paylaşıb.
O.Alexanderın hesabı sonra yenidən açılıb və Ukraynadan görüntülər paylaşmağa davam edib.
Twitter sözçüsü Elizabet Basbi açıqlamasında bu hesabların səhvən bloklandığını və əlaqələndirilmiş kampaniyanın bir hissəsi olmadığını diqqətə çatdırıb.
Mənbə: HaberGlobal