Rusiyanın əməkdar artistindən ÇAĞIRIŞ:"Danışıqlar masasına əyləşin"

Rusiyanın əməkdar artisti Valeri Meladze Ukraynadakı hərbi əməliyyatlarla bağlı videomüraciət paylaşıb.
"Sherg.az"ın məlumatına görə, əməkdar artist müharibənin durmasını istəyib.
“Bu gün elə bir hadisə baş verdi ki, ola bilməzdi və heç vaxt da olmamalı idi. Tarix nə vaxtsa hər şeyi mühakimə edəcək və öz yerinə qoyacaq. Sizdən hərbi əməliyyatları dayandırmağı, danışıqlar masasına əyləşməyinizi xahiş edirəm. İnsanlar danışıqlar aparmağı bacarmalıdır, bunun üçün bizə dil verilib. İnsanlar ölməməlidir. Buna son qoymaq lazımdır”-, deyə o söyləyib.