Azərbaycan və BMT Qarabağda həyata keçirilən layihələri müzakirə edib - FOTO

Azərbaycan və BMT işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələri müzakirə edib.
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.
“Həmçinin BMT-nin Cenevrə bölməsinin baş direktoru xanım Tatyana Valovaya ilə təşkilatla ölkəmiz arasında qurulmuş səmərəli əməkdaşlıq, multilateralizmin təşviqi, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin icrası barədə fikir mübadiləsi apardıq”, - deyə nazir qeyd edib.