Azərbaycan Premyer Liqasında VI tura start verilib

Azərbaycan Premyer Liqasında VI tura start verilib.
"Report"un məlumatına görə, turun ilk oyununda "Araz-Naxçıvan" "Kəpəz"i qəbul edib.
“Liv Bona Dea Arena”da baş tutan matçda meydan sahibləri qələbə qazanıb - 1:0.
Yeganə qolu 76-cı dəqiqədə Bernardo Diaş gəncəlilərin qapısına vurub.
Qeyd edək ki, tura sentyabrın 14-də və 15-də keçirilək görüşlərlə yekun vurulacaq.