"Formula 1" pilotları Bakıda azarkeşlərlə görüşüblər

"Formula 1" üzrə Azərbaycan Qran-prisində "Fan Forum" keçirilib.
"Report"un məlumatına görə, Bulvar ərazisində, əyləncə zonasında baş tutan sessiyada "Aston Martin", "Williams", "McLaren", "Mercedes" kimi məşhur komandaların pilotları öz azarkeşləri ilə görüşüblər.
Fanatlar onlarla şəkil çəkdirmək və imzalı kartlar götürmək imkanı əldə ediblər.
Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qra-prisi sentyabrın 15-də başa çatacaq.