İsrailin xarici işlər naziri Türkiyəyə səfər edəcək

İsrailin xarici işlər naziri Yair Lapid Türkiyəyə səfər edəcək.

Bu barədə “Report” Türkiyə Xarici İşlər Nazirliyinin tviter hesabına istinadən xəbər verir.

Məlumata görə, səfər iyunun 23-də baş tutacaq. İsrailin XİN başçısı Türkiyədə ikitrərəfli əlaqələri və regional məsələləri müzakirə edəcək.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrailin dövlət başçısı İsxak Herzoq arasında telefon danışığı baş tutub. Danışıqlar zamanı Türkiyə-İsrail əlaqələri, terrorçuluqla mübarizə və regional məsələlər diqqət mərkəzində olub.

İsrail Prezidenti Ərdoğana Türkiyənin terrorla mübarizə səylərinə görə təşəkkür edib.