Almaniya XİN: “Putin istəsə, Ukraynada müharibə hətta sabah bitə bilər”

“Rusiyanın Ukraynaya qarşı müharibəsinin nə vaxt bitəcəyini heç kim bilmir”.
Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.
Nazir qeyd edib ki, Rusiya Ukrayna şəhərlərinə raket hücumlarını dayandıran kimi Ukraynada müharibə bitəcək və bunu hətta sabah da etmək olar.
Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında müharibənin nə vaxt bitəcəyini heç kim bilmir, bu sual açıq qalır.
“Bu, sabah Rusiya prezidentinin bombardmanları dayandırması ilə başa çata bilər. Biz Ukraynanın suveren dövlət olaraq qalması və bütün ölkənin sülh və azadlıq içində yaşaması üçün hər şeyi edəcəyik”, - deyə Berbok vurğulayıb.
Mənbə: UNİAN