Bayden: "Bu müharibədə Putin yox, Ukrayna qalib gələcək"


Böyük Britaniyanın baş naziri Key Starmer Vaşinqtonda ABŞ prezidenti Co Baydeni ziyarət edib.

Sherg.az xəbər verir ki, Ağ Evdə görüşən iki liderin gündəmi Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyət və Hind-Sakit okean regionunda baş verən hadisələr olub.

ABŞ-ın Ukraynaya verdiyi uzaqmənzilli raketlərin Rusiya ərazisində tətbiqi ilə bağlı müzakirələr kölgəsində keçirilən görüşdə Ukraynaya tam dəstək, Moskvanın hədə-qorxusuna da toxunulub.

Görüşdən əvvəl mətbuata qısa açıqlama verən Bayden, "Ukraynanı Rusiyanın təcavüzündən qorunmağa çalışırıq, ABŞ Böyük Britaniya ilə birlikdə Ukraynaya dəstək verdi. Aydındır ki, Putin bu müharibədən qalib çıxmayacaq, Ukrayna qalib çıxacaq" deyə bildirib.

Putinin "ABŞ və Rusiya arasında  birbaşa münaqişə ehtimalı" açıqlamasına  Bayden qısa cavab verib: "Mən Vladimir Putin haqqında çox düşünmürəm".