Türkiyənin müxalif partiyasında kütləvi istefalar olub

Türkiyədəki müxalif İYİ Partiyada kütləvi istefalar olub.
“Report” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, 41 nəfər siyasətçi sözügedən partiyadan istefa verib. Onlardan ikisi – Dursun Ataş və Ümit Özlale millət vəkilidir.
Siyasətçilərin bu qərarlarının səbəbləri hələ məlum deyil.
Qeyd edək ki, partiyanın rəhbəri Müsavat Dervişoğludur.