Qarabağ və Şərqi Zəngəzurda enerji şəbəkəsi yenilənir

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Bu ərazilərin mövcud potensialı imkan verir ki, Azərbaycan orada “yaşıl enerji”yə əsaslanan iqtisadiyyat formalaşdıra bilsin
““Yaşıl enerji”yə üstünlük vermək günün tələbidir. Sevindiricidir ki, bizim ölkədə də kiçik və orta sahibkarlığa dəstək layihələri həyata keçirilir”

  Dünya üzrə şirkətlərin 90 faizdən çoxu kiçik və orta bizneslərdir. KOB-lar dünyada məşğulluğun 70 faizini, ümumi daxili məhsulun 50 faizini təmin edir. KOB-ların ətraf mühitə fərdi təsiri nisbətən kiçik olsa da, qlobal miqyasda istixana qazı emissiyasının 50 faizi, biznes sektorunun enerji istifadəsinin isə 30–60 faizi onların payına düşür. Milyonlarla KOB-un yaşıl iqtisadiyyata keçidi iqlim dəyişiklikləri ilə qlobal mübarizəyə öz müsbət töhfəsini verə bilər.
  Azərbaycanda fəaliyyətdə olan sahibkarların 99,6 faizini KOB subyektləri təşkil edir. KOB-ların iqlim dəyişiklikləri ilə mübarizəyə, yaşıl iqtisadiyyata keçidə verə biləcəkləri töhfəni bir daha diqqətə çatdırmaq, bu sahədə görüləcək birgə tədbirləri müzakirə etmək məqsədilə “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfrans keçirilib. İqtisadiyyat, ekologiya və təbii sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, beynəlxalq təşkilatların və sahibkarların ictimai birliklərinin nümayəndələri, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
  Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov və ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev çıxışlarında yaşıl iqtisadiyyatın dayanıqlı inkişafda rolu, Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən milli prioritetlərdən olan "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" prioriteti üzrə görülən tədbirlər, ekoloji təmiz texnologiyaların tətbiqi və yaşıl istehsalın artırılması, təkrar emal, çirklənmiş ərazilərin bərpasının təşviqi üzrə qarşıda duran vəzifələr barədə məlumat veriblər. Qeyd olunub ki, Azərbaycanda KOB subyektlərinin sosial-iqtisadi inkişafda çəkisi və rolu artmaqdadır. KOB-lar ÜDM-nin artmasına, məşğulluğa, azad olunmuş ərazilərin iqtisadi reinteqrasiyasına mühüm töhfələr verir. Yeni dönəmdə yaşıl iqtisadiyyatın inkişafında da KOB-lar öz sözünü deməlidir. Bu istiqamətdə KOB subyektlərindən gözləntilər enerjiyə qənaət edən texnologiyaların tətbiqi, bərpa olunan enerji mənbələrindən istifadə yolu ilə enerji səmərəliliyinə nail olmaq, tullantıların təkrar emalı, tullantı miqdarının azaldılması və ekoloji təmiz materiallardan istifadə olunması, özəl sektorun sosial layihələrdə aktiv iştirakı, ekoloji cəhətdən təmiz məhsul və xidmətlərin istehsalı və sairdir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycanda kiçik və orta biznes (KOB) subyektlərinin sosial-iqtisadi inkişafda çəkisi və rolu intensiv olaraq artır.
  Onun sözlərinə görə, KOB-lar ümumi daxili məhsulun (ÜDM) artmasına, iş yerlərinin yaradılmasına, məşğulluğa, azad olunmuş ərazilərin iqtisadi reintegrasiyasına mühüm töhfələr verir. Yeni dönəmdə isə zəruri trendə çevrilən "yaşıl iqtisadiyyat”ın inkişafında da onlar öz sözünü deməlidir: “Hazırda ölkəmizdə bizneslərin 99 faizdən çox hissəsini KOB subyektləri təşkil edir. Bu baxımdan, yaşıl artımın və “yaşıl iqtisadiyyat”a keçidin təmin edilməsi böyük ölçüdə KOB-ların yaşıl transformasiyasından keçir. İstilik effekti yaradan qazların emissiyasında daha çox pay sahibi olan tikinti, daşıma, sənaye, energetika, kənd təsərrüfatı kimi sektorlarda kifayət qədər KOB fəaliyyət göstərir. KOB-ların enerji və xammal baxımından səmərəli texnologiya və təcrübələrin tətbiqinə önəm verməsi rəqabət qabiliyyətini daha da artırır”.
  M.Cabbarov onu da vurğulayıb ki, dünya təcrübəsi də göstərir ki, KOB-lar çox vaxt təmiz texnologiyalar və biznes modellərində daha qabaqcıl olur. KOB-ların çevikliyi onlara yeni tendensiyalara tez uyğunlaşmağa və innovasiyaları mənimsəməyə imkan verir. KOB-lar bazardakı dəyişikliklərə və istehlakçı seçimlərinə çevik reaksiya verə bilir ki, bu da sürətlə trendə çevrilən “yaşıl iqtisadiyyat”da vacib amildir. Ənənəvi sənaye sahələrindən asılılığın azaldılmasında, "yaşıl” həllərin hazırlanmasında, iqtisadi diversifikasiyanın güclənməsində kiçik və orta sahibkarlığın xüsusi yeri var”.
  “BMT-nin statistik məlumatına əsasən, KOB-lar dünya üzrə məşğulluğun 70 faizini təşkil edir, qadınlar, gənclər və həssas qruplar arasında iş yerlərinin yaradılmasında mühüm rol oynayır”. Bu sözləri isə ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda keçirilən konfransda deyib.
  Nazir bildirib ki, KOB-ların fəaliyyəti qlobal karbon emissiyalarının artırılmasında da əhəmiyyətli paya malikdir: “Bu baxımdan, onların ekoloji performansının yaxşılaşdırılması iqlim dəyişikliyi ilə mübarizədə böyük potensiala malikdir.
“Bununla yanaşı, “Məsuliyyətli istehlak və istehsal” 12-ci Dayanıqlı İnkişaf Məqsədinə uyğun olaraq, təmiz və səmərəli istehsal metodlarının tətbiqi, resursların daha məsuliyyətli istifadəsinə və ekoloji risklərin azaldılmasına töhfə verir.
  Qeyd etmək lazımdır ki, yaşıl iqtisadiyyatın inkişafı ilə bağlı mövcud olan potensialın reallaşdırılması istiqamətində dövlətin dəstəyi ilə yeni imkanlar açılır. Yaşıl enerji sahəsində dövlət tərəfindən atılan addımlar özəl sektor və investorlar üçün uzunmüddətli baxışı təmin edir və yeni layihələrin inkişafına təkan verir. Bu çərçivədə həm dövlət, həm də özəl sektorda ekoloji layihələrin sayının artırılması zəruridir. KOB-lar dayanıqlı infrastruktur yaratmağa və yaşıl texnologiyalardan istifadə etməyə təşviq edilməlidir. Bu, həm iqtisadi artıma, həm də ekoloji səmərəliliyə töhfə verəcəkdir”.
  Muxtar Babayev diqqətə çatdırıb ki, KOB-ların bu keçiddə qarşılaşdığı maliyyə çətinliklərini aradan qaldırmaq üçün onların güzəştli maliyyə resurslarına çıxışını genişləndirmək vacibdir:
“BMT-nin qiymətləndirməsinə görə, dünya üzrə aşağı karbonlu iqtisadiyyata keçid üçün hər il trilyonlarla ABŞ dolları tələb olunur. “Yaşıl kredit”lər, “yaşıl istiqraz”lar, Ekoloji, Sosial, Korporativ İdarəetmə ilə əlaqəli maliyyə alətləri vasitəsilə, KOB-ların ekoloji və dayanıqlı layihələrə sərmayə qoymalarını asanlaşdırmaq lazımdır”.
  Millət vəkili COP29 Azərbaycan üzrə BMT-nin iqlim dəyişikliyi üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai COP29-un əsas mövzusunun iqlimin maliyyələşdirilməsi olduğunu bildirib. Onun fikrincə, bu məsələdə özəl sektorun rolu danılmazdır və illər keçdikcə də bu sektorun rolu böyüyür. Bu baxımdan dövlət və özəl maliyyə resursları arasında əməkdaşlığı təşviq etmək və bu yolla iqlim dəyişikliyinin təsirlərini səmərəli şəkildə azaltmaq önəmlidir. Eyni zamanda özəl sektorun da bu istiqamətdə təşəbbüs göstərməsi, yeni texnoloji həlləri təqdim etməsi, dayanıqlı infrastruktur və iqlim layihələrinə sərmayə yatırmasına zərurət var. Qarşıda duran vəzifələr həm şəffaf öhdəliklər, həm də iqlim dəyişikliyi ilə mübarizə üzrə hədəflərimizin aktuallığı ilə uyğunlaşan ciddi planların hazırlanmağını tələb edir.
  Millət vəkili Vüqar Bayramov “Sherg.az"a açıqlamasında deyib ki, KOB-ların yaşıl transformasiyası milli və qlobal səviyyədə maraqlı tərəflərin birgə fəaliyyəti nəticəsində mümkündür: