Küləkli hava şəraiti... - Sarı xəbərdarlıq

Sentyabrın 15-17-də bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən “sarı” xəbərdarlıq verilib.

Xidmətdən  verilən məlumata görə, “sarı” xəbərdarlığa uyğun olaraq Naxçıvan, Culfa, Ordubad, Gəncə, Samux, Goranboy, Naftalan, Şəmkir, Daşkəsən, Mingəçevir, Bərdə, Tərtər, Yevlax, Şabran, Xaçmaz və Siyəzəndə fasilələrlə şərq küləyi əsəcək.

Küləyin sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.