XİN başçısının müavini: “Gürcüstan-Azərbaycan tərəfdaşlığı regionun inkişafı üçün mühüm əsasdır”

“Gürcüstan-Azərbaycan tərəfdaşlığı regionun inkişafı və sabitliyi üçün mühüm əsasdır”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, son 30 ildə iki ölkə arasında münasibətlər dinamik inkişaf edib:
“Biz bu il Gürcüstanla Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edirik. Bu tarix hər iki ölkə üçün çox vacib əhəmiyyət daşıyır. Gürcüstan və Azərbaycanı strateji tərəfdaşlıq və əməkdaşlıq birləşdirir. Qarşılıqlı münasibətlərin perspektivlərini bir sözlə - strateji tərəfdaşlıq sözü ilə qeyd etmək olar”.