İran Rusiyaya hərbi dəstək və ballistik raketlər ötürməsini dərhal dayandırmalıdır.
Axar.az xəbər verir ki, bu barədə G7 ölkələrinin xarici işlər nazirlərinin birgə bəyanatında yer alıb.
Sənəddə bildiirlib ki, İran həm Ukrayna əhalisinə, həm də Avropa və beynəlxalq təhlükəsizliyə birbaşa təhdid yaradan PUA və əlaqəli texnoloji həllərin tədarükünü dayandırmalıdır.
Bundan əlavə, G7 ölkələrinin diplomatik departamentlərinin rəhbərləri xəbərdarlıq ediblər ki, onlar İranı Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatına verdiyi qəbuledilməz dəstəyə görə Tehrana qarşı yeni sanksiyalar tətbiq edəcəklər.