Azərbaycanda rabitə xidmətlərinin qiyməti artıb

Bu ilin avqust ayında Azərbaycanda poçt və kuryer xidmətlərinin qiyməti 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,4 % artıb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu ilin yanvar-avqust aylarında adıçəkilən xidmətlər bir il əvvəlki dövrünə nisbətən 0,6 % bahalaşıb.

Bundan başqa, ötən ay rabitə xidmətlərinin qiyməti 1 il əvvəllə müqayisədə 0,3 %, ilk 8 ayda isə (illik müqayisədə) 0,3 % artıb.