Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanla Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Məlumata görə, telefon danışığında Türkiyə-Özbəkistan əlaqələri və regional məsələlər müzakirə edilib.
Ərdoğan Özbəkistan Prezidentini doğum günü münasibətilə təbrik edib.