Rusiya XİN: “Lavrov Azərbaycan və Ermənistandan olan həmkarları ilə danışıb”

“Rusiyanın siyasi rəhbərliyi, başda Rusiya xarici işlər naziri Sergey Lavrov olmaqla Qarabağda cərəyan edən son hadisələrlə əlaqədar Azərbaycan və Ermənistandan olan həmkarları ilə sıx təmasdadır”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur.
“Rusiya sülhməramlıları bölgədə vəziyyəti sabitləşdirmək üçün bütün səy göstərirlər”, - Rusiya XİN-in yaydığı bəyanatda qeyd olunur.
Mənbə: TASS