Ermənistanın Baş naziri Nikol Qarabağda vəziyyət gərginləşdiyi ərəfədə açıqlama verib. O bildirib ki, Rusiyanın Qarabağdakı sülhməramlı əməliyyatının təfərrüatlarına aydınlıq gətirilməlidir. Baş nazir həmçinin sülhməramlıların mandatının müəyyənləşməsinin "vacibliyini" diqqətə çatdırıb.
Mövzunu "Sherg.az"a şərh edən Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmovun qeyd edib ki, N.Paşinyan Azərbaycan ordusunun uğurlu əməliyyatından sonra xalqa cavab verməli idi:
"Çarəsizdir. Ona görə də, günahı sülhməramlıların üzərinə atır. Mövcud vəziyyətdən çıxmağa çalışır.
Sülhməramlı kontingenti Azərbaycan ərazilərində üçtərəfli bəyanatın şərtlərinə əsasən, müvəqqəti yerləşdiriblər. Onlara xüsusi status verilməsi Azərbaycanın maraqlarına uyğun deyil.
Təklif edilən variantı əgər bir tərəf təsdiqləmirsə, onda həmin təklifdən söhbət gedə bilməz.
Ermənistan bu döyüşlərdən sonra başa düşməlidir ki, regionda destbalizasiya maraqlara ziddir. Üçtərəfli bəyanata görə şərt qoymadan öhdəliklərini yerinə yetirməlidir".