Bayden ermənilərdən səs almaq istəyir

"Amerika Birləşmiş Ştatların ( ABŞ ) siyasətində lobbilərin güclü təsiri var". 
Bu sözləri ABŞ Dövlət Departamenti yanında qondarma erməni "soyqırımı" üzrə yaradılan xüsusi nümayəndəliyin fəaliyəti ilə bağlı "Sherg.az"a  danışan hüquqşünas, professor Fərhad Mehdiyev deyib.
O bildirib:
"Erməni lobbisi də Amerikada ən yaxşı təşkilatlanmış lobbidir və konqresdə xeyli dəstəkçisi mövcuddur. Ermənilərin ən sıx yaşadığı yerlərdən biri Kaliforniyadır. Həmin ştatda ABŞ ÜDM-da xüsusi yer tutur. Bu səbəblə bir çox siyasətçi ermənilərdən səs ala bilmək üçün onları lehinə müəyyən vədlər verir. Baydenin sözləri və hərəkətləri də bununla izah olunur".