Aİ Gürcüstandakı islahatlardan narazıdır

Avropa İttifaqı (Aİ) Gürcüstana ittifaqla inteqrasiyanın yeni mərhələsinə qədəm qoymaq üçün lazım olan islahatlarda çatışmazlıqların olduğunu bəyan edib.
Müvafiq hesabat Avropa xarici siyasət xidmətinin saytında dərc olunub.
Sənəd Aİ-Gürcüstan Assosiasiya Şurasının sentyabrın 6-da keçiriləcək iclası üçün hazırlanıb.
Hesabatda, xüsusilə qanunun aliliyi, idarəetmə və insan hüquqları kimi əsas sahələrdə geriləmə olduğu qeyd edilib.