Türkiyədə prezident seçkilərinin vaxtı açıqlandı

Türkiyədə prezident seçkiləri 18 iyun 2023-cü ildə baş tutacaq.

Bu barədə Türkiyənin ədliyyə naziri Bekir Bozdağ açıqlama verib.

B.Bozdağ Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürəcəyini də qeyd edib.

 “18 iyun 2023-cü ildə keçiriləcək seçkilər prezidentimizin namizəd olacağı ikinci seçkidir. Burada şərhə ehtiyac yoxdur”, - deyə o bildirib.

Mənbə: CNN Türk