BMT Baş katibi Türkiyədədir

BMT Baş katibi Antonio Quterreş İstanbula gedib.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Ukraynadan taxıl daşıyan gəmilərdəki yoxlama prosesində iştirak edəcək.

Quterreş daha sonra taxıl ixracı ilə bağlı yaradılmış Birgə Koordinasiya Mərkəzində olacaq.

Qeyd edək ki, daha öncə Quterreş Ukraynaya səfəri çərçivəsində Odessa dəniz limanında olub. O, İstanbulda imzalanmış taxıl sazişi çərçivəsində 10 ton Ukrayna taxılının yükləndiyi gəmiyə baxış keçirib.