Rusiya və İran XİN rəhbərləri arasında görüş keçiriləcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın XİN rəhbəri Hüseyn Əmir-Abdullahian ilə görüşəcək.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Sergey Lavrov Suriya XİN rəhbəri ilə birgə mətbuat konfransında bildirib.

Lavrov bildirib ki, görüşün əsas müzakirə mövzularından biri Suriyadakı vəziyyət olacaq.

O həmçinin bildirib ki, Suriya üzrə Astana formatında növbəti beynəlxalq görüş ilin sonunadək Qazaxıstan paytaxtında keçiriləcək.