"Rusiya Ukraynada işğalçı müharibə aparır. Artıq bütünlükdə rus cəmiyyəti bunu yaxşı anlamağa başlayıb".
Bu sözləri "Sherg.az"a açıqlamasında siyasi şərhçi Rusif Məmmədsoy deyib.
Onun sözlərinə görə, bu, rəsmi Moskvanın deyil, Vladimir Putinin yaratdığı münaqişədir:
"Bu gün Serbiyadan gələn səslər, bir sıra açıqlamalar təəccüb doğurmamalıdır. Ümumiyyətlə, hansı dövlət Kremlin qeyri-qanuni "referendumunun" nəticəsini tanımaq istəyər ki?! Bundan başqa, Serbiya ilə Rusiyanın münasibətləri hər zaman digərlərindən fərqli olub. Çox yaxınlıq müşahidə edilib. Amma Serbiyanın özünün də bu separatizmlə bağlı problemləri var. Həmçinin Kosova amili mövcuddur. Eyni zamanda Serbiya sadəcə Rusiya ilə deyil, Avropa ilə də münasibətlərdə irəliləyiş əldə etmək üçün bu kimi məsələlərdə bir qədər diqqətli davranır. Ona görə də rəsmi Belqradın bildirdiyi sözügedən bəyanata təəccüblənmək lazım deyil. Təkcə Serbiya deyil, Qazaxıstan, Qırğızıstan, Özbəkistan kimi dövlətlər də rəsmi Moskvanın bu addımını dəstəkləmirlər. Türkiyədən "referendum"u tanımayacaqlarına dair çox ciddi açıqlama gəldi. Nüvə təhdidi olsa belə, Ukrayna həmin ərazilərdə əks hücum həmlələrini davam etdirəcək. Müharibə hələ də gedir".
Qeyd edək ki, Serbiya Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərində keçirdiyi “referendumlar”ı tanımayacaq. Bu barədə ölkənin xarici işlər naziri Nikola Selakoviç bildirib.