"Hazırda bölgədə nəticənin əldə olunması istiqamətində proses davam etdirilir".
Bu sözləri "Sherg.az"a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.
Onun sözlərinə görə, Ermənistanın durumu getdikcə kritikləşir:
"İran da o cümlədən sərhədlərinə sığmaq fikrində deyil. Azərbaycan isə 10 noyabr Bəyanatının şərtinə görə, bölgənin Naxçıvan istiqamətində koridor istəyir.
Bütün tərəflər hansısa bir planın icrasına dair addımlar atmağa hazırlaşır. Bu da mütləq yeni konfiqurasiyanın ortaya çıxacağını deməyə əsas verir. Adını çəkdiyimiz konfiqurasiyada Avropa İttifaqı müşahidəçi missiyası ilə qoşulur, İranda təlimlər keçirilir.
Türkiyə-Azərbaycan bölgədədir. Amerika Nensi Pelosinin Ermənistana gedişi ilə başqa bir xətt yürüdür. Bu mənada digər tərəfdən də meydana çıxan ATƏT-in maraqları arxasında bəzən Rusiya, nə qədər imtina etsə də, hazırda Fransa var.
Sözügedən təşkilat öz missiyasını göndərmək istəyir.
Təbii ki, bütün bunlar müxtəlif güc mərkəzlərinin bölgədə qarşıdurmada iştirak etməsi ilə bağlı atılan addımlardır. Ermənistanın yarıtmaz siyasəti səbəbindən bizim bölgənin təhlükəsizliyi ciddi təhdid altındadır.
2020-ci ildə buna imkan vermədik. Amma indiki zamanda belə görünür ki, bölgədəki güclər, o cümlədən ATƏT həmin qarşıdurmada fəal iştirak etmək niyyətini reallaşdırmaq üçün belə bir missiyaya gərək duyur".
Qeyd edək ki, ATƏT-in Ermənistana missiya göndərməsi absurd addımdır və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına xidmət etmir. ATƏT-in özündə də daxildə bu missiya ilə bağlı yekdil fikir yoxdur və bu məsələ razılaşdırılmayıb.
30 il münaqişənin "sülh yolu ilə həllinə" çalışıb. Bir dəfə olsun işğal olunmuş ərazilərə missiya göndərməyib. Nəticə də göz önündədir. 2014-cü ildən Ukraynadakı münaqişənin nizamlanması ilə məşğul olublar. Amma bugünkü müharibə onların nə qədər "səy göstərdiklərinin" sübutudur.