İsraildə 25-ci çağırış Knessetdə səsvermə başa çatıb. Parlament seçkisinin ilkin nəticələri açıqlanıb.
Mərkəzi Seçki Komissiyası noyabrın 3-də saat 07:58-ə qədər 4 390 375 səsin hesablanmasını açıqlayıb, bütün səslərin 91 faizi hesablanıb.
İlkin nəticələrə görə, “Likud” - 23,41faiz səs, “Yeş Atid” - 17,86 faiz, “Sionut Datit” - 10,44 faiz, “Mahane Mamlahti” - 8,95 faiz, ŞAS - 8,35 faiz, “Yadut HaTorah” - 6,06 faiz, NDI - 4,39 faiz, RAAM - 4,27 faiz, HADASH-TAAL - 3,93 faiz, “Avoda” - 3,56 faiz səs toplayıb.
“Meretz” - 3,16 faiz, “Balad” - 3,01 faiz səslə seçki baryerini (3,25 faiz) keçə bilməyib, lakin buna yaxın olublar.
“Beyt Yequdi” partiyası isə seçki baryerinə yaxınlaşa bilməyib (1,17 faiz).
Solçu/ərəb partiyalarından hər hansı biri seçki baryerini aşa bilmədiyi halda, sağçı-dini koalisiya öz koalisiyasını yaratmaq üzrə açıq üstünlük qazanır. Bütün Solçu/ərəb partiyaları seçki baryerini aşarsa, koalisiyanın yaradılması xeyli mürəkkəbləşə bilər.
Parlament seçkisində səsvermə hüququna malik olan bütün vətəndaşların 71,3 faizi iştirak edib. Bu, 2015-ci ildən bəri ən yüksək göstəricidir.
Burada Netenyahunun radikal koalisiyasının qələbə qazandığını deyən politoloq İlqar Vəlizadə “Sherg.az”a bildirib ki, Netanyahunun höküməti formalaşdırmaq şansı daha çoxdur:
“ Çünki onu koalisiyası parlamentdə yer çoxluğu əldə edib. Lakin ortada bir problem var ki, koalisayaya ultra radikal və kiçik pariyalar dəvət edilib. Amma onların böyük vəzifələrə əsaslı iddialar irəli sürürlər. Məsələn biri Müdafiə Naziri postuna cəhdgöstərir, digəri Daxili işlər nazirliyi kürsüsünü istəyir. Bu isə Netenyahunu qane etmir. Bu səbəblə də koalisiya daxilində çəkişmələr başlayıb. Netenyahu onlara başqa səlahiyyətləri vermək istəyir. Ancaq onlar İsrail üçün vacib olan vəzifələri tələb edirlər. Xüsusilə radikallığı ilə seçilən Şas partiyasının lideri daxili işlər nazirliyinin postuna iddialıdır. Netenyahu isə bunu istəmir. Ona görə ki, aparıcı hökumət postlarını, bu partiyaların əlinə verməklə, onun nüfuzu həm koalisiya daxilində, həm də siyasi aləmdə azala bilər. Prosesin necə yekunlaşacağını isə zaman göstərəcək”.