Nazir: "Brüsseldə növbəti üçtərəfli görüşün nə zaman keçiriləcəyi barədə məlumatım yoxdur"

“Brüsseldə növbəti üçtərəfli sammitlə bağlı ilkin razılaşma əldə olunmuşdu”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, avqustun 31-də keçirilmiş görüşdə növbəti görüşün noyabr ayında keçirilməsi qeyd edilmişdi: “Amma nəzərə almaq lazımdır ki, ondan sonra əvvəlcədən planlaşdırılmamış dördtərəfli görüş baş tutmuşdu. Ona görə də hələ növbəti üçtərəfli görüş barədə məlumat yoxdur".