NATO Baş katibi Rusiyaya xəbərdarlıq edib

“Rusiya bilməlidir ki, nüvə müharibəsinin qalibi olmayacaq”.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
Onun sözlərinə görə, Ukraynadakı savaşı Rusiya Prezidenti Vladimir Putin başladıb: “Bu onun seçimi idi. Əgər istəsə, müharibəyə sabah son qoya bilər”.