Türkiyə nümayəndə heyətinin Qarabağa səfəri başlayıb  - FOTOLAR


Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və​ Türkiyənin Çorum bələdiyyəsinin nümayəndə heyətinin Qarabağa səfəri başlayıb.

Sherg.az xəbər verir ki, qonaqlar öncə Füzuli rayonuna gəliblər.

Qonaqları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov​qarşılayıb.


 
Səfər zamanı qonaqlar Füzulidə erməni vəhşiliyi nəticəsində törədilən dağıntılara,​ yerlə-yeksan edilən yurd yerlərinə baxış keçərəcək. Həmçinin işğal zamanı ermənilər tərəfindən müdafiə zolağı kimi istifadə edilən minalanan ərazilərlə tanış olacaqlar. Bundan başqa azad olunan ərazilərdə tikinti-quruculuq işləri ilə tanışlıq nəzərdə tutulub.

Səfər çərçivəsində Çorum şəhəri və Füzuli şəhəri arasında Qardaşlaşma sənədi imzalanacaq.