Pakistanın məşhur abidəsi Azərbaycan bayrağı ilə işıqlandırılıb

Pakistanın ən böyük qülləsi olan “Minar-e-Pakistan” abidəsi 8 Noyabr- Zəfər Gününün ildönümü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı Səfirliyi məlumat yayıb.
Bildiirlib ki, Minar-e-Pakistan”ın Azərbaycan bayrağı ilə işıqlandırılması şəhər sakinlərində və qonaqlarda böyük maraq doğurub.
Qeyd edək ki, “Minar-e-Pakistan” Pakistanın yaradılması barədə olan Lahor qətnaməsinin xatirəsinə inşa olunub və milli əhəmiyyətə malik abidədir. Sözügedən abidə Pakistan tarixində ilk dəfə olaraq xarici ölkənin bayraq rəngləri ilə işıqlandırılıb.