Səlcuq Bayrakrat Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bayraktar şirkətinin direktoru Səlcuq Bayrakrat 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
"Report" xəbər verir ki, o, təbrik mesajını tviterdə paylaşıb.
"Dursa qarşımda bütün cəhan,
vermərem öz torpağımdan.
Əziz Azərbaycanımızın işğal altında olan torpaqlarının öz Vətəninə qayıtmasının ikinci ildönümü mübarək.
Müqqəddəs Şəhidlərimizin ruhu şad olsun", - paylaşımda bildirilib.