İtaliya səfirliyi Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

İtaliya səfirliyi Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib.
“Report” xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik tviter səhifəsində paylaşım edib.
“Bu bayram günündə Azərbaycan xalqına tərəqqi, əmin-amanlıq və dinc gələcək arzulayırıq”, - paylaşımda deyilir.