"Rusiya sülhməramlıları Azərbaycanı  tərk etməlidir"  - ŞƏRH

Prezident İlham Əliyevin Şuşadan səsləndirdiyi son bəyanatlar ölkənin və xarici medianın diqqətindədir. Siyasi şərhçi Aqşın Kərimov da dövlət başçısının nitqindən  çıxan nəticələri açıqlayıb:: 
"Prezident İlham Əliyev ərazi suverenliyi, müstəqillik mövzularında çox prinsipialdır və Azərbaycan dövləti Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə, o cümlədən Xankəndidə tamhüquqlu suverenliyini bərpa edəcək". 
Analitik bildirir ki,  Rusiya sülhməramlıları Azərbaycanda işğalçı fəaliyyət apara bilməz (heç aparmırlar da) və onların xidmət müddəti yekunlaşanda ölkəni tərk etməlidir:
"Ermənilər sülhməramlılara bel bağlamasınlar, çünki rus qoşunları onların qoruyucusu rolunu oynaya bilməyəcəklər.
 İlk dəfə Prezident səviyyəsində sentyabr ayındakı sərhəd əməliyyatlarının hansı ərazi nailiyyəti ilə nəticələndiyi açıqlandı. Hərçənd ki, Prezident özü də bəzi detalları tam demədi". 
A. Kərimov onu da vurğulayır ki,  Azərbaycan sentyabrda nəzarəti ələ keçirdiyi ərazilərdən geri çəkilməyib və təxribatlar davam edərsə, oradan və başqa istiqamətlərdən yeni əməliyyatlar həyata keçirə bilər.

Turan