Rusiya XİN Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqton görüşünə münasibət bildirib

Hər iki tərəfin verdiyi bəyanatlara nəzər salanda görürük ki, sülh müqaviləsinin hazırlanması mövzusunda fikir mübadiləsi davam edir. Müzakirə aparılarkən həmçinin Soçidə keçirilmiş sammitin də nəticələri nəzərə alınıb.

APA xəbər verir ki, bunu bu gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Mən deməzdim ki, tərəflər razılaşmalar zamanı əldə olunan müddəalardan imtina edib. Xatırladım ki, 31 oktyabr tarixli birgə bəyanatda liderlər regionda davamlı və uzunmüddətli sülhün təmin edilməsi üçün rəsmi Bakı və İrəvan arasında sülh müqaviləsinin hazırlanmasının vacibliyini vurğulayıblar. Əldə olunmuş nəticələr əsasında qarşılıqlı şəkildə qəbul edilməsi mümkün olan yekun qərarın verilməsi üçün həll yollarının axtarışının davam etdirilməsi təklif olunub. Biz öz tərəfimizdən bu prosesə lazım olan hər bir dəstəyi göstərməyə davam edəcəyik. Rusiyanın Azərbaycan - Ermənistan münasibətlərinin normallaşdırılması məsələsində roluna gəlincə isə, Soçidə ölkə başçıları bütün üçtərəfli razılaşmaların şərtlərinə sadiq qaldıqlarını təsdiq etdilər. Bu, Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətlərin kompleks şəkildə normallaşdırılması üçün həyata keçirilən birgə işlərin əsasını təşkil edir", - Zaxarova "Bu yaxınlarda Vaşinqtonda keçirilmiş Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün yekunu barədə nə deyə bilərsiniz? Noyabrda iki ölkə liderinin Brüsseldə keçirilməsi planlaşdırılan görüşünü nəzərə alsaq, demək olarmı ki tərəflər Rusiya əvəzinə Qərbin iradəsi altında münasibətlərin normallaşdırılmasını seçiblər?" suallarına cavab olaraq qeyd edib.

Hacı Cavadov

RusiyaXİNAzərbaycanErmənistanVaşinqton görüşü

00

XARİCİ SİYASƏT

Soltan Məmmədov: “Sülh prosesini ləngitmək, öhdəliklərdən yayınmaq Ermənistana fayda gətirməyəcək”

20:54

9 noyabr 2022

Zaxarova: Rusiya sülh müqaviləsinin hazırlanması üzrə Azərbaycan və Ermənistanla sıx koordinasiya həyata keçirir

18:11

9 noyabr 2022

FOTO" style="box-sizing: border-box; width: 412.19px; height: 247.31px; object-fit: cover; transition: all 0.3s ease 0s; position: relative; z-index: 1;">

Moldova Parlamentində Şuşaya həsr olunmuş sərgi açılıb - FOTO

17:42

9 noyabr 2022

Deputat: “Prezident Şuşadan Ermənistan və havadarlarına vacib mesajlar verdi”

17:00

9 noyabr 2022

HAQQIMIZDAƏLAQƏARXİVTOP 10

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2004 - 2021 Bütün müəllif hüquqları qorunur.

İstifadəçi qaydalarıMəxfilik siyasəti