Qrossi: “İranın nüvə sazişi üzrə aparılan danışıqlar heç bir nəticə verməyib”

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə İran arasında nüvə sazişi üzrə aparılan danışıqlar heç bir nəticə verməyib.
Bu barədə təşkilatın rəhbəri Rafael Qrossi məlumat verib.
“Beləliklə, onlar yeni heç nə təqdim etmədilər. Biz bir neçə həftə ərzində İranda texniki səviyyədə yenidən görüşəcəyik”, - deyə o bildirib.
Danışıqlar noyabrın əvvəlində Vyanada aparılıb.
Mənbə: Reuters