Tokayev: “Qazaxıstan dövlətlərin ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir”

“Ərazi bütövlüyü məsələsi Qazaxıstan üçün prioritetdir və Astana bütün dövlətlərlə münasibətdə bu prinsiplərə riayət olunmasına ciddi diqqət yetirəcək”.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə bildirib.

“Qazaxıstan bütün dövlətlərin ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir, həmçinin BMT Nizamnaməsinə ciddi riayət olunmasını zəruri hesab edir”, - deyə o bildirib.

Dövlət başçısı bunu Qazaxıstanın təməl maraqlarına tam uyğun gələn zəruri prinsip adlandırıb və Astananın bu prinsipə üstünlük verəcəyini bəyan edib.

Xatırladaq ki, sammit Səmərqənddəki Konqres Mərkəzində keçirilib.

Mənbə: Tengrinews