Rəcəb Tayyib Ərdoğana “Türk Dünyasının Ali Ordeni” təqdim edilib - VİDEO

Bu gün Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının 9-cu Zirvə toplantısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova türk dünyasına xidmətlərinə görə “Türk Dünyasının Ali Ordeni” təqdim edilib.
Bu münasibətlə təşkil olunan mərasimdə çıxışı zamanı Türkiyə lideri Qarabağ mövzusuna və orada görülən işlərə də toxunub.
“Qarabağda çox ciddi mübarizə aparan və bu mübarizəni ən yaxşı şəkildə davam etdirən qardaşım (Azərbaycan Prezidenti) İlham Əliyevin iki il ərzində bu mübarizədə nələrə nail olduğunu, nələri ortaya qoyduğunu görürük”, - deyə o bildirib.
Dövlət başçısının sözlərinə görə, onun özü regionda müxtəlif tədbirlərə qatılarkən hansı işlərin görüldüyünün şahidi olub.
“Bunları görəndə bir türk olaraq fəxr etdim. Qısa müddətdə qazanılan bu cür uğurlar, həqiqətən, bizim üçün qürur mənbəyi oldu”, - deyə Türkiyə prezidenti əlavə edib.

This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷🇹🇲 Ərdoğan və Qurbanqulu Berdiməhəmmədov Türk dünyasının ən ali ordeni ilə təltif ediliblər.

@oxuaze