Lavrov Balidə xəstəxanaya yerləşdirilib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 sammitinə getdiyi Bali adasında xəstəxanaya yerləşdirilib.
O, Rusiya Prezidenti Vladimir Putini sammitdə təmsil etmək üçün bazar günü Baliyə gedib.
İndoneziya rəsmiləri şərh verməsələr də, Lavrovun ürək xəstəliyi səbəbilə xəstəxanaya aparıldığı xəbəri yayılıb.
Mənbə: Associated Press