Katrin Kolonna İranda Fransa vətəndaşlarının həbsi barədə: “Tehran yanlış yolun əvəzini ağır ödəyəcək” - FOTO

“İran tutduğu yanlış yolun əvəzini ağır ödəyəcək”.
Bunu Fransa xarici işlər naziri Katrin Kolonna bildirib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.  
Nazir iki Fransa vətəndaşının İranda həbsdə olduğu ehtimalına münasibət bildirərkən bu sözləri deyib.
O, ümumilikdə İranda həbsdə olan Fransa vətəndaşlarının sayının yeddi nəfərə çatdığını açıqlayıb.
Fransalı nazir saxlanılan vətəndaşlarla bağlı narahatlığını ifadə edib.
“Biz ziddiyyətli məlumatları yoxlamağa çalışırıq”, - deyə o qeyd edib.

Telegram Widget
İranda daha iki Fransa vətəndaşı həbs edildi

Katrin Kolonna: “İran tutduğu yanlış yolun əvəzini ağır ödəyəcək”.

Fransanın xarici işlər naziri Katrin Kolonna bu ölkənin daha iki vətəndaşının İranda həbsdə olduğu ehtimalını və ümumilikdə İranda həbsdə olan Fransa vətəndaşlarının ümumi sayının 7 nəfərə çatdığını açıqlayıb.

“Reuters” xəbər ajansının məlumatına görə, fransalı nazir saxlanılan digər iki vətəndaşla bağlı narahatlığını ifadə edərək, “Biz ziddiyyətli məlumatları yoxlamağa çalışırıq”,-deyib.

Figaro qəzeti sözügedən iki vətəndaşın İranda etiraz nümayişlərinin başlamasından öncə həbs olunduqlarını yazıb.

#İran #Fransa #Vətəndaşlar #Həbs