“Onun parçalanacağını da düşünmürəm. İndiki beynəlxalq mühit buna imkan verəcək şəkildə deyil”
Noyabrın 24-də BMT-nin İnsan Hüquqları Şurasının xüsusi iclası keçirilib. İclasda BMT-nin İnsan Hüququları üzrə ali komissarı Folker Türk İranda baş verən aksiyalar barədə açıqlama verib:
“Əldə etdiyimiz məlumata əsasən, İranda etiraz aksiyaları zamanı uşaqlar da daxil olmaqla 14 min nəfər saxlanılıb, 300-dən çox insan öldürülüb. Qətlə yetirilənlərdən 40-ı uşaqdır”.
Onun sözlərinə görə, Mehsa Əmininin qətlinə etiraz olaraq sentyabrın 16-dan İranda davamlı etiraz aksiyaları keçirilir: “İranın 31 əyalətinin 150 şəhərində və 140 universitetində etiraz aksiyaları olub. Etnik azlıqların yaşadığı regionlar daha çox qurban veriblər”.
Ali komissar etnik azlıqların parlamentdəki nümayəndələri etiraz aksiyalarını zorakılıq yolu ilə yatırdığına görə İran hakimiyyətini tənqid edib.
İranda baş verənlərlə bağlı "Sherg.az"a danışan politoloq Turab Rzayev bildirib ki, proses böyük ehtimal mərkəzi hakimiyyətin zəifləməsi ilə nəticələnəcək. Çünki mərkəzi hakimiyyət maliyyə, inzibati, hərbi resurslar sərf edib:
"Rejimin hakimiyyəti laxladı. Əhalinin mərkəzi hakimiyyətə qarşı inamı və nifrəti artdı. Birbaşa yaşına, cinsinə baxmadan atəş açırlar. İranın parçalanacağını da düşünmürəm.
İndiki beynəlxalq mühit buna imkan verəcək şəkildə deyil. Həm ABŞ-nin, həm də Avropanın beyin mərkəzlərində də kifayət qədər diqqət ayrılmır.
Daha çox indiki rejimi yumşaltmaq mötədil hakimiyyətlə əvəzləmək planları var. Bəzi qəsəbələrdə kürd, bəzilərində isə İraqdan daxil olan terrorçu dəstələrin yerli polis güclərinin qarşılaşması və s. nə Qərb, nə Avropa, nə də İsrail mətbuatında işıqlandırılır".